Qurban Qurbanov: "Xankəndidə beynəlxalq oyun keçirmək istəyərik"
Əziz Əzizli
"Qarabağ" Azərbaycan Kubokunun 1/8 final mərhələsinin MOİK-lə oyunu üçün Xankəndiyə yolda düşüb.
"Operativ Media" xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov səfər öncəsi "İctimai TV"yə açıqlama verib. 51 yaşlı mütəxəssis çox sevincli olduqlarını bildirib:
"Xankəndiyə çox böyük qürur hissi ilə gedirik. Dünən məşqdə komandada əhval-ruhiyyə yaxşı idi. Çox istərdik ki, bu oyun futbolu daha da sevdirsin. Buna da inanıram, əminəm. Mənə elə gəlir ki, biz oradakı oyun vaxtı daha da qürurlu olacağıq. Hələ də sanki inanmıram desəm, düzgün olmaz. Matçı gözləyirik. Çox şadıq. Bir daha ordumuza, əsgərlərimizə, cənab prezidentə təşəkkür edirəm ki, torpaqların hamısını geri qaytardılar. Biz də böyük qürur hissi ilə o torpaqlara gedirik".
Qurban Qurbanov gələcəkdə Xankəndidə beynəlxalq oyun keçirməyin mümkünlüyü haqda da danışıb:
"Çox istərdik. Bu, gələcəyin planıdır. Çünki, bunun üçün hər şey hazır olmalı, stadion standartlara uyğun olmalıdır. Böyük məmnuniyyətlə Xankəndidə beynəlxalq oyun keçirmək istəyərik".
Teqlər:
"Qurban Qurbanov: \"Xank\u0259ndid\u0259 beyn\u0259lxalq oyun ke\u00e7irm\u0259k ist\u0259y\u0259rik\""