Menyu

"Beşiktaş" 3 yerli futbolçusunu göndərəcək

Əziz Əzizli
"Beşiktaş" 3 yerli futbolçusunu göndərəcək

"Beşiktaş"da rəhbərlik dəyişikliyindən sonra heyət planlaması ilə bağlı işlər davam edir.

5 futbolçunu heyətindən kənarlaşdıran və qış transfer dövründə bəzi futbolçularla vidalaşmaq istəyən "Beşiktaş"ın 3 yerli futbolçunu da siyahıya əlavə etdiyi bildirilir.

"Operativ Media" “Sabah”a istinadən xəbər verir ki, “Beşiktaş” fasilədə 4-5 əcnəbi futbolçu ilə yollarını ayırmağı planlaşdırır.

Digər tərəfdən, "Beşiktaş"ın göndərəcəyi futbolçuların siyahısında 3 yerli futbolçunun da olduğu bildirilir.

“Ağ-qaralar”ın yanvarda vidalaşmağı planlaşdırdığı adlardan biri də Umut Meraşdır. "Beşiktaş" mövsümün sonunda müqaviləsi başa çatacaq təcrübəli sol cinah müdafiəçisi ilə fasilədə vidalaşmaq istəyir.

Mövsümün əvvəlində "Somaspor"dan transfer edilən Emrecan Bulutun icarəyə göndərilmək istəndiyi də xəbərlərdə yer alıb.

"Beşiktaş"ın göndərməyi planlaşdırdığı digər futbolçu isə Utku Yuvakurandır.

Təklif gələrsə, 26 yaşlı qapıçı ilə yanvarda göndəriləcək.

Teqlər:

"\"Be\u015fikta\u015f\" 3 yerli futbol\u00e7usunu g\u00f6nd\u0259r\u0259c\u0259k"

Əlaqəli Xəbərlər