Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının elit-raund mərhələsində bu gün son oyununu keçirəcək.
"Operativ Media" xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi kollektiv Niderlandın qonağı olacaq. Matç saat 21:30-da start götürəcək.
A qrupunda yer alan Azərbaycan millisi 4 xalla sonuncudur. Niderland isə 6 xalla 2-ci sırada qərarlaşıb. Milli bu gün qələbə qazansa, ikinci sıraya yüksələ və pley-off mərhələsinə vəsiqə qazana bilər. Bunun üçün yığmanın qələbəsiylə yanaşı, Rumıniya Qazaxıstana məğlub olmalıdır.