İspaniya LaLiqasında sürpriz VAR qərarı - 10 yanvardan gizli qalmayacaq
Əziz Əzizli
İspaniya Futbol Federasiyası və LaLiqa rəhbərliyi hakimlərlə VAR otağı arasında danışıqların yayımlanmasına razılaşıb.
"Operativ Media" xəbər verir ki, LaLiqanın saytında yer alan açıqlamada 2024-cü ilin yanvar ayından etibarən VAR otağında hakimlərin həmkarları ilə söhbətlərinin yayımlanması ilə bağlı federasiya ilə razılıq əldə olunduğu qeyd edilib.
Açıqlamada, yanvarın 10-14-də İspaniya Superkuboku matçları və 12 yanvarda liqanın 20-ci həftəsi yarışlarından etubarən tətbiq ediləcəyi paylaşılıb.
Teqlər:
"\u0130spaniya LaLiqas\u0131nda s\u00fcrpriz VAR q\u0259rar\u0131 - 10 yanvardan gizli qalmayacaq"