Ana səhifə / İdman / DÇ: Azərbaycan millisi bu gün ikinci oyununu keçirəcək DÇ: Azərbaycan millisi bu gün ikinci oyununu keçirəcək 20.09.2023, 12:15 Əziz Əzizli Azərbaycan futzal millisi bu gün dünya çempionatının elit mərhələsində ikinci oyununu keçirəcək. "Operativ Media" xəbər verir ki, yığmamız Niderlandla üz-üzə gələcək. A qrupunun ilk görüşündə səfərdə Rumıniyaya (1:3) məğlub olan Vitali Borisovun yetirmələri bu rəqibini Bakı İdman Sarayında sınağa çəkəcəklər. Kiprli hakimlərin idarə edəcəyi qarşılaşma saat 18:30-da start götürəcək. Qeyd edək ki, Niderland yığması 1-ci turda öz meydanında Qazaxıstana 0:2 hesabı ilə məğlub olub. Dünya çempionatı, elit mərhələ A qrupu, 2-ci tur 20 sentyabr 18:30. Azərbaycan – Niderland Hakimlər: Yianqos Yianqu, Nikolas Nikolau, Larisa Eleni Avramidu (Kipr). Hakim-inspektor: Sebastian Stauiçki (Polşa). UEFA nümayəndəsi: Avi Levi (İsrail). Bakı İdman Sarayı Teqlər: "D\u00c7: Az\u0259rbaycan millisi bu g\u00fcn ikinci oyununu ke\u00e7ir\u0259c\u0259k"
03.03.2026, 14:42 İlham Əliyev: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik