Menyu

"Qəbələ" "Turan Tovuz"un, "Sabah" "Qarabağ"ın qonağı olacaq

Əziz Əzizli
"Qəbələ" "Turan Tovuz"un, "Sabah" "Qarabağ"ın qonağı olacaq

Bu gün Misli Premyer Liqasında 6-cı tura yekun vurulacaq.

"Operativ Media" xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Turan Tovuz" "Qəbələ"ni qəbul edəcək. Matç saat 16:30-da başlayacaq.

Turun maraqla gözlənilən oyununda son çempion "Qarabağ" öz meydanında ötən mövsümün 2-cisi olan "Sabah"ı qəbul edəcək. Qarşılaşma saat 19:30-da start götürəcək.

Qeyd edək ki, turun ilk 3 oyunu 15 və 16 sentyabr tarixlərində keçirilib.

17 sentyabr (bazar)

16:30. “Turan Tovuz” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Asiman Əzizli, Emin Əliyev

Tovuz şəhər stadionu

19:30. “Qarabağ” – “Sabah”

Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rəşad Əhmədov

Tofiq Bəhramov adına Respublika Stadionu

Teqlər:

"\"Q\u0259b\u0259l\u0259\" \"Turan Tovuz\"un \"Sabah\" \"Qaraba\u011f\"\u0131n qona\u011f\u0131 olacaq"

Əlaqəli Xəbərlər