"Qalatasaray" SOCAR-la müqavilə imzalayacaq
Əziz Əzizli
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyə “Qalatasaray”ı arasında sponsorluq müqaviləsinin tarixi müəyyənləşib.
"Operativ Media" xəbər verir ki, tərəflər bu gün münasibətləri rəsmiləşdirəcəklər.
İmzalanma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq və “Ali Sami Yen” İdman Kompleksində təşkil olunacaq. Əməkdaşlığın 3 illik olması nəzərdə tutulub və bu müddətdə İstanbul nəhəngi ümumilikdə 15 milyon avro qazanacaq.
Anlaşmaya əsasən, “Qalatasaray” avrokubokdakı bütün matçlarına sinəsində SOCAR yazılan forma ilə çıxacaq. SOCAR həmçinin mediada “Qalatasaray Futbol Komandasının Enerji Sponsoru” ifadəsindən istifadə etmək hüququna da sahib olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net