Valensiya” Kavanini yola saldı
Əziz Əzizli
"Valensiya” uruqvaylı hücumçusu Edinson Kavani ilə yollarını ayırıb.
"Operativ Media" xəbər verir ki, 36 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Onun klubla sözləşməsinin müddəti gələn ilin yayında başa çatacaqdı.
Kavaninin karyerasını “Boka Xuniors”da davam etdirməsi gözlənilir.
Xatırladaq ki, Kavani ötən ilin yayında İngiltərənin “Mançester Yunayted” klubundan azad agent kimi ayrılaraq “Valensiya”ya keçmişdi. O, bu komandada 28 oyuna 7 qol vurub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net