Azərbaycan tennisçiləri 3-cü qrupa yüksəldilər
Əziz Əzizli
EMonteneqroda "Davis Cup" turniri başa çatıb.
"Operativ Media" xəbər verir ki, yarışın 4-cü qrupunda Azərbaycan millisi də təmsil olunub. Kənan Qasımov və Səfər Rəsulovdan ibarət komandamız baş məşqçi Yalçın Manaflının rəhbərliyi altında Kosovoya məğlub olsa da, sonradan Albaniya və İslandiyanı məğlub edərək növbəti mərhələyə yüksəlib.
Son olaraq komandamız Ermənistan millisi ilə qarşılaşıb. Əzmkar oyun nümayiş etdirən Səfər Rəsulov rəqibini 6:4 və 6:2, Kənan Qasımov isə 6:3 və 6:2 hesabları ilə məğlub edib. Bu möhtəşəm qələbədən sonra Azərbaycan 3-cü qrupa yüksəlib. Ermənistan isə 4-cü qrupda qalmağa məcbur olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net