Ana səhifə / İdman / "Qarabağ" - "Rakuv" matçına satılan bilet sayı açıqlanıb "Qarabağ" - "Rakuv" matçına satılan bilet sayı açıqlanıb 29.07.2023, 16:03 Əziz Əzizli UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Rakuv” (Polşa) oyununa bilet satışı davam edir. "Operativ Media" xəbər verir ki, avqustun 2-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək matça artıq 15500 bilet satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir. Biletlərin Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış) və “Park Bulvar”dakı “Qarabağ” fan-şopundan almaq olar. Teqlər: "\"Qarabağ\" - \"Rakuv\" matçına satılan bilet sayı açıqlanıb"