Səudiyyə Ərəbistanı klubu Fabinyo transferini bitirdi
Əziz Əzizli
"Liverpul"un futbolçusu Fabinyo karyerasını "Əl İttihad"da davam etdirəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Xəbərdə braziliyalı yarımmüdafiəçinin Səudiyyə Ərəbistanı klubu ilə şəxsi razılığa gəldiyi və tibbi müayinədən keçdiyi bildirilib.
"Əl İttihad" yaxın zamanda transferi açıqlayacaq. Sözügedən klub daha əvvəl "Real"dan Kərim Benzema, "Çelsi"dən Nqolo Kanteni heyətinə qatıb.
Səudiyyə Ərəbistanının digər təmsilçisi "Əl İttifaq" bundan əvvəl "Liverpul"dan Cordan Hendersonu transfer edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net