Menyu

"Beşiktaş" Ante Rebiçlə razılığa gəldi

Əziz Əzizli
"Beşiktaş" Ante Rebiçlə razılığa gəldi

Yeni mövsüm hazırlıqlarını davam etdirən "Beşiktaş" heyətinə yeni futbolçu cəlb etmək üzrədir.

"Operativ Media" xəbər verir ki, "ağ-qaralar" "Milan"ın 29 yaşlı hücumçusu Ante Rebiçlə razılığa gəlib. Futbolçu ilə 2 illik müqavilə imzalanacaq.

Karyerası ərzində 313 oyuna çıxan xorvatiyalı futbolçu 73 qol vurub, 35 assist etməyi bacarıb.

Teqlər:

"\"Beşiktaş\" Ante Rebiçlə razılığa gəldi"

Əlaqəli Xəbərlər