Menyu

Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb

Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb

Düşənbədə yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib.

Federasiyadan "Operativ Media" ya verilən məlumata görə, Azərbaycan, Özbəkistan, Tacikistan və Qazaxıstanın 155 idmançısının qatıldığı yarışda millimizin üzvləri 4 medal qazanıblar.

Məşqçilər Ayaz Baxşıyevlə Zaur Məmmədovun rəhbərlik etdiyi komandada Məhəmməd Cəfərov (+80 kq) turnirin qalibi olub. Əli Baxışov (50 kq) gümüş, Məhəmmədəli Məmmədli (48 kq) və Bağır Əmirxanlı (50 kq) bürünc medala yiyələniblər.

Azərbaycanlı referi Elxan Quliyev isə yarışın ən yaxşı hakimi seçilib.

Qeyd edək ki, boksçularımız Bakıya bu gün qayıdacaqlar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər