"Araz-Naxçıvan" qanalı futbolçu ilə gücləndi
Əziz Əzizli
“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb. Premyer Liqa təmsilçisi Mohammed Kadiri ilə 1 illik müqavilə imzalayıb.
"Operativ Media" xəbər verir ki, bir neçə gündür komandanın düşərgəsində olan qanalı dayaq yarımmüdafiəçisi karyerasına “Aşanti Qold” klubunda başlayıb. Daha sonra vətənindən Avstriyanın eyniadlı komandasına transfer olunan 27 yaşlı futbolçu Rusiyanın “Arsenal Tula” komandasında da çıxış edib. Onu daha çox məşhurlaşdıran isə Kiyev “Dinamo”sundakı oyunları olub.
O, Ukraynada “Çernomorets”in heyətində də yer alıb. Yarımmüdafiəçi Macarıstanın “Honved” klubunun da formasını geyinib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net