"Sabah" bu gün Konfrans Liqasında mübarizəyə başlayıb.
"Operativ Media" xəbər verir ki, "futuristlər" II təsnifat mərhələsinin ilk oyununda RFŞ ilə qarşılaşıb Görüş "Sabah"ın inamlı qələbəsiylə başa çatıb - 2:0.
"Futuristlər" eyni zamanda rəqibin 8 aylıq məğlubiyyətsizlik seriyasına da son qoyub. RFŞ sonuncu dəfə ötən ilin noyabrında "Fiorentina"ya uduzmuşdu - 0:3.
RFŞ ilə matç "Sabah"ın tarixində ilk avrokubok oyunu olub.