Menyu

"Qarabağ"la oyuna hazırıq"

Əziz Əzizli
"Qarabağ"la oyuna hazırıq"

"Rakuv"un baş məşqçisi David Şvarqanın "Qarabağ"a qarşı keçirəcəkləri Çempionlar Liqasının II təsnifat mərhələsi oyunundan öncə mətbuat konfransı keçirilib.

"Operativ Media" xəbər verir ki, mütəxəssis "atlılar"la görüşlə bağlı bunları deyib:

"Qarabağ"ın yaxşı avrokubok təcrübəsi var və uzun müddətdir, konkret oyun modelində fəaliyyət göstərirlər. Klubun özünə məxsus oyun üslubu var. Üstünlüklər? Yüksək pressinq, topla yaxşı oyun və fərdi bacarıqlar. Bunlara baxmayaraq, "Qarabağ"la oyuna hazırıq".

Şvarqa "Qarabağ"ın keçmişdə Polşa təmsilçilərini sıradan çıxarmasına münasibət bildirib:

"Keçmişin bizə təsiri yoxdur. Biz indiyə diqqət yetiririk".

"Rakuv" - "Qarabağ" oyunu sabah saat 22:15-də başlayacaq. Cavab oyunu avqustun 2-də Bakıda olacaq

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər