İsveç klubu Musa Qurbanlını Konfrans Liqası üçün sifariş etdi
Əziz Əzizli
İsveç “Yurqorden”i yay transfer pəncərəsində heyətinə qatdığı Azərbaycan millisinin futbolçusu Musa Qurbanlını Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları üçün sifariş edib.
"Operativ Media" xəbər verir ki, İsveçrə “Lütsern”i ilə matçlar üçün Avropa futbol qurumuna göndərilən 23 nəfərlik iştirak ərizəsində 21 yaşlı hücumçunun da adı var.
Qeyd edək ki, Musa Qurbanlı “Yurqorden”ə “Qarabağ”dan keçib. Gənc forvard Stokholm təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net