"Jelezniçar" - "Neftçi" oyununun biletləri bitib
Əziz Əzizli
“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovina klubu “Jelezniçar”la keçirəcəyi səfər oyununun biletləri bitib.
"Operativ Media" "Klix.ba” nəşrinə istinadən xəbər verir ki, “Qrbavitsa” stadionunda keçiriləcək görüş üçün bütün biletlər iki gün ərzində satılıb. Bu isə o deməkdir ki, Sarayevodakı təxminən 13 000 tamaşaçı tutumuna malik arenada qarşılaşma zamanı anşlaq olacaq.
Qeyd edək ki, iyulun 27-də oynanılacaq matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net