"Neftçi" daha bir transferini açıqladı
Əziz Əzizli
Adı "Neftçi" ilə hallanan Ervin Koffi "Pau" klubundan ayrılıb.
"Operativ Media" xəbər verir ki, 28 yaşlı müdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
"Neftçi" Koffinin keçidini də açıqlayıb. Fransalı müdafiəçi "ağ-qaralar"da 99 nömrəli formanı geyinəcək.
Koffi karyerası ərzində Fransada "Şatoru", "Loryan", "Pau", Kiprdə "Anortosis", "Olimpiakos" kimi klublarda çıxış edib.
“Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayevi, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi, Qara Qarayev, həmçinin mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matiası və macarıstanlı Mark Tamaşı transfer edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net