Ana səhifə / İdman / Musa Qurbanlı oynadı, komandası darmadağın oldu Musa Qurbanlı oynadı, komandası darmadağın oldu 22.07.2023, 19:03 Əziz Əzizli Millimizin hücumçusu Musa Qurbanlı “Yurqorden”in heyətində debüt edib. "Operativ Media" xəbər verir ki, İsveç çempionatının 16-cı turunun oyunları keçirilir. Stokholm klubu öz meydanında çempionatın lideri “Elfsborq”a 0:4 hesabı ilə uduzub. Musa 58-ci dəqiqədə hesab 3:0 rəqibin xeyrinə olarkən Asoronun əvəzinə meydana çıxıb. “Yurqorden” 17 oyundan sonra 30 xalla 4-cü yeri tutur. Lider “Elfsborq”un hesabında 39 xal var. Teqlər: "Musa Qurbanlı oynadı komandası darmadağın oldu"