Menyu

"Neftçi"nin yeni transferi Emin Mahmudovu qabaqladı

Əziz Əzizli
"Neftçi"nin yeni transferi Emin Mahmudovu qabaqladı

"Neftçi"nin yeni transferi Yuri Matias Azərbaycan Premyer Liqasının dəyərli oyunçusudur.

"Operativ Media" "transfermarkt"a istinadən xəbər verir ki, bazar dəyəri 1,8 milyon avro olan braziliyalı mərkəz müdafiəçisi çempionatda çıxış edən futbolçular arasında birincidir.

Paytaxt təmsilçisi Matiası Rumıniya ÇFR-indən 400 min avro qarşılığında transfer edib.

İkinci sırada yenə "Neftçi"li var. "Ağ-qaralar"ın kapitanı Emin Mahmudov 1,40 milyon avro ilə Matiası izləyir. Yarımmüdafiəçi yeni transfer gələnə qədər APL-in ən dəyərli oyunçusu idi.

"Üçlüy"ü "Qarabağ"dan Yassin Benzia tamamlayır. 28 yaşlı futbolçunun qiyməti 1 milyon avrodur

Teqlər:

"\"Neftçi\"nin yeni transferi Emin Mahmudovu qabaqladı"

Əlaqəli Xəbərlər