"Qarabağ" qələbə qazandı, Azərbaycanın xal ehtiyatı artdı
Əziz Əzizli
"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Linkoln"u məğlub etməsi (4:0) Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb.
"Operativ Media" xəbər verir ki, "atlılar"ın qələbəsi ölkənin aktivinə 0,250 xal yazdırıb. Bununla da Azərbaycanın son 5 mövsümdəki xalları 14,750-ə çatıb.
Azərbaycan UEFA reytinqində 29-cu sırada qərarlaşıb. 28-ci pillədə 15,500 xalla Slovakiya yer alır.
Teqlər:
"\"Qarabağ\" qələbə qazandı Azərbaycanın xal ehtiyatı artdı"