Menyu

"Araz-Naxçıvan" 11 futbolçu ilə müqavilə imzaladı

Əziz Əzizli
"Araz-Naxçıvan" 11 futbolçu ilə müqavilə imzaladı

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” bu gün yerli futbolçularla anlaşıb.

"Operativ Media" xəbər verir ki, ötən mövsüm 27 qolla Birinci divizionun bombardiri olan Orxan Əliyev, eləcə də komandanın Premyer Liqada vəsiqə qazanmasında pay sahibi olan Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev və Vadim Abdullayevlə müqavilə yenilənib.

“Səbail”dən Turan Manafov və Nihat Qurbanlı, “Kəpəz”dən Nicat Süleymanov, “Şamaxı”dan Elçin Mustafayev də yeni mövsümdə “Araz-Naxçıvan”ın formasını geyinəcək. Abdulla Rzayev isə “Sabah”dan icarəyə götürülüb. Onlarla imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Buna qədər “Araz-Naxçıvan” 3 legionerlə - qapıçı Semir Bukviç, Nuno Miguel və Vandersonla anlaşıb. Heyətin komplektləşdirilməsi istiqamətində çalışmalar davam etdirilir.  

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər