"Adana Dəmirspor" Premyer Liqadan hücumçu gətirir
Əziz Əzizli
"Vulverhempton"un futbolçusu Raul Ximenes karyerasını Türkiyədə davam etdirə bilər.
"Operativ Media" xəbər verir ki, meksikalı forvardla "Adana Demirspor" maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə tərəflər arasında ilkin razılıq əldə olunduğu bildirilib.
32 yaşlı hücumçunun yaxın günlərdə Türkiyə klubu ilə müqavilə imzalayacağı gözlənilir.
Ximenes ötən mövsüm 20 oyunda 3 qol vurub. O, 2019-cu ildə "Benfika"dan 38 milyon avro qarşılığında "Vulverhempton"a keçib. Forvardın "canavarlar"la müqaviləsi 2024-cü ilin yayına qədərdir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net