"Turan Tovuz"dan ayrılan futbolçu Bolqarıstan klubuna keçdi
Əziz Əzizli
"Turan Tovuz"la müqaviləsi başa çatan Runi Eva karyerasını Bolqarıstanda davam etdirəcək.
"Operativ Media" xəbər verir ki, kamerunlu hücumçu "ÇSKA 1948"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı hücumçu ilə razılaşmanın detalları açıqlanmayıb.
Eva ötən mövsüm Premyer Liqada 16 qol vurub.
Teqlər:
"\"Turan Tovuz\"dan ayrılan futbolçu Bolqarıstan klubuna keçdi"