"Qarabağ"ın oyununu 683 azarkeş izləyib
Əziz Əzizli
Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı müəyyənləşib. 15 matçı ümumilikdə 101 799 tamaşaçı izləyib.
"Operativ Media" xəbər verir ki, ən yüksək göstərici “Astana” (Qazaxıstan) – “Dinamo” (Tbilisi, Gürcüstan) qarşılaşmasında qeydə alınıb. 1:1 hesabı ilə başa çatan görüşdə 27 328 tərəfdar olub. “Qarabağ”ın Cəbəllütariqdə “Linkoln”ə 2:1 hesabı ilə qalib gəldiyi oyun siyahının sonuncu pilləsində qərarlaşıb. “Viktoriya” stadionundakı matçda tribunada 683 nəfər var imiş.
“Qarabağ” və “Linkoln” komandaları arasındakı cavab qarşılaşması iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net