"Qəbələ" yerli müdafiəçini transfer etdi
Əziz Əzizli
Transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
"Operativ Media" xəbər verir ki, “qırmızı-qaralar” Rauf Hüseynlinin keçidini gerçəkləşdirib.
23 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Raufun son klubu “Şamaxı” olub. Karyerasına “Qarabağ”da başlayan futbolçu “Zirə”də də forma geyinib.
Hüseynli Azərbaycan yığmalarında da çıxış edib. O, ölkəmizin U-19 və U-21 yığmalarının şərəfini qoruyub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net