Menyu

"Real Betis" "Lester"dən ayrılan futbolçunu transfer etdi

Əziz Əzizli
"Real Betis" "Lester"dən ayrılan futbolçunu transfer etdi

La Liqa təmsilçisi "Real Betis" heyətinə yeni futbolçu cəlb edib.

"Operativ Media" xəbər verir ki, "Real Betis" son klubu "Lester" olan 29 yaşlı son cinah hücumçusu Ayoze Perezi heyətinə qatıb.

"Lester"in Premyer Liqanı tərk etməsindən sonra futbolçuların əksəriyyəti klubu tərk etməyə başlayıb. Daha əvvəl Türkiyə millisinin müdafiəçisi Çağlar Söyüncü də klubu tərk edərək "Atletiko Madrid" klubuna keçmişdi.

"Real Betis" Ayoze Perezi azad agent kimi transfer edib. Ayoze Perez 2022/2023 mövsümünü icarə əsasında "Betis" klubunda keçirmişdi.

Qeyd edək ki, futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər