Menyu

"Traktor" klubu ispan futbolçu ilə gücləndi

Əziz Əzizli
"Traktor" klubu ispan futbolçu ilə gücləndi

Cənubi Azərbaycanın “Traktor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Operativ Media" xəbər verir ki, Təbriz təmsilçisi İspaniyanın “Kadis” klubunun cinah yarımmüdafiəçisi Alvaro Ximenesi icarəyə götürüb.

28 yaşlı vinger bir illik icarə əsasında bu komandada forma geyinəcək. O, Təbriz təmsilçisinin ispan baş məşqçisi Pako Xemesin dəvəti ilə bu komandada oynamağa razılaşıb.

Ximenes 2020-ci ildən çıxış etdiyi “Kadis”də cəmi 12 oyuna çıxıb, 1 qol vurub. O, əvvəlki mövsümlərdə “İbitsa” və “Las Palmas”da da icarədə oynayıb.

Teqlər:

"\"Traktor\" klubu ispan futbolçu ilə gücləndi"

Əlaqəli Xəbərlər