"Səbail” in rəhbərliyi ilə klub üzvlərinin iclası keçirilib.
"Operativ Media" xəbər verir ki, toplantıda növbəti mövsümün hazırlığı ilə bağlı məsələlər müzakirə olunub.
ASCO-nun idarə heyətinin və “Səbail” PFK Müşahidə Şurasınn sədri Rauf Vəliyev klubun sabiq icraçı direktoru Fərəc Əliyevə göstərdiyi fəaliyyətə görə təşəkkür edib.
Daha sonra klubun Müşahidə Şurasının üzvü və AFFA-nın mətbuat katibi Firuz Abdullanın icraçı direktor təyin olunması ilə bağlı kollektivə məlumat verilib.