Ana səhifə / İdman / "Lids"in yeni baş məşqçisi bəlli oldu "Lids"in yeni baş məşqçisi bəlli oldu 05.07.2023, 07:43 Əziz Əzizli “Lids” komandasının yeni baş məşqçisi müəyyənləşib. "Operativ Media" xəbər verir ki, qarşıdakı mövsümü Çempionşipdə keçirəcək bu komandanı Daniel Farke çalışdıracaq. Bu yay Mönhenqladbah “Borussiya”sından ayrılan 46 yaşlı alman mütəxəssislə 4 illik müqavilə imzalanıb. Farke 2022-ci ilin iyulundan “Borussiya”ya rəhbərlik edirdi. O, daha öncə “Lippştadt” və “Norviç Siti”də də baş məşqçi olub. Teqlər: "\"Lids\"in yeni baş məşqçisi bəlli oldu"