"Səbail" israilli müdafiəçi ilə gücləndi
Əziz Əzizli
"Səbail” heyətinə yeni futbolçu qatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Paytaxt təmsilçisi müdafiəçi Nir Bardeanı transfer edib. İsrailli futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Nir Bardeanın son klubu "Makkabi" (Bney-Reyneh, İsrail) olub. O, 2022/23-cü illərdə bu komandada oynayıb.
Xatırladaq ki, "Səbail" daha əvvəl Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev, Coşqun Diniyev, Bahadur Həziyev və Amil Yunanovu sıralarına cəlb edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net