Türkiyə klubu Emin Mahmudova rəsmi təklif göndərdi
Əziz Əzizli
Türkiyənin 1-ci liqa komandalarından olan "Eyüpspor" millimizin futbolçusu Emin Mahmudova rəsmi təklif göndərib.
"Operativ Media" xəbər verir ki, bu barədə "Ajansspor" məlumat yayıb. Xəbərə görə, Türkiyə Futbol Federasiyasının bir azərbaycanlı futbolçunu yerli oyunçu statusunda oynatmaq icazəsindən yararlanmaq istəyən komanda "Neftçi" ilə müqaviləsi başa çatan Mahmudovla danışıqlar aparır.
Ancaq Emin Mahmudov yüksək liqadan 1-ci liqaya getmək istəmədiyi üçün Arda Turanın baş məşqçi olduğu "Eyüpspor"dan düşünmək üçün vaxt istəyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net