"Qarabag"ın son sınaq matçının vaxtı bilindi
Əziz Əzizli
"Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti sınaq matçının başlama saatı müəyyənləşib.
"Operativ Media" xəbər verir ki, komanda sabah sonuncu yoxlama oyununda Bolqarıstanın ÇSKA (Sofiya) komandası ilə üz-üzə gələcək.
Oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Qarşılaşma “Vörgl Arena”da baş tutacaq.
Xatırladaq ki, “Qarabağ” Avstriyadakı ilk sınağında Macarıstan “Ferentsvaroş”u ilə heç-heçə (3:3) edib, Polşanın “Legiya” (Varşava) komandasına isə 0:2 hesabıyla uduzub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net