Azərbaycanlı gimnast qızıl medal qazandı
Əziz Əzizli
Tamblinq üzrə Azərbaycan yığmasının üzvü Mixail Malkin Portuqaliyanın Santarem şəhərində keçirilən Dünya Kubokunun qalibi olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb. 27 yaşlı idmançı bütün rəqiblərini qabaqlayaraq qızıl medala əldə edib.
Qeyd edək ki, yarışda Selcan Mahsudova (batut gimnastikası), Tofiq Əliyev və Adil Hacızadə (tamblinq) də mübarizə aparıb. İdmançılar 7-8 iyulda Portuqaliyanın Koimbra şəhərindəki Dünya Kubokunda da çıxış edəcəklər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net