Azərbaycanlı futbolçunun yeni klubu bəlli oldu
Əziz Əzizli
Bir neçə gün öncə Ukraynanın “Aleksandriya” klubundan ayrılan Azərbaycanın U-21 millisinin yarımmüdafiəçisi Emil Musatafayevin yeni komandası müəyyənləşib.
"Operativ Media" xəbər verir ki, 21 yaşlı futbolçu bundan sonra Ukraynanın “Polesye” klubunun uğurları üçün çalışacaq.
Bu barədə Premyer Liqaya yenicə vəsiqə qazanmış klub rəsmi saytı vasitəsilə məlumat yayıb. 21 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
“Aleksandriya”nın yetirməsi olan Mustafayev 2021-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. O, Azərbaycanın U-21 yığmasında 3 oyuna çıxıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net