Azərbaycan cüdoçuları Avropa Çempionatının qalibi oldu
Əziz Əzizli
Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatının qalibi olub.
"Operativ Media" xəbər verir ki, qarışıq komanda yarışında millimiz ardıcıl olaraq Niderland, Almaniya və İtaliyaya qalib gəlib. Yığma finalda Fransanı ilə qarşılaşıb. Çempionluq uğrunda mübarizədə Azərbaycan seçməsi 1:3 hesabı ilə geri düşsə də, əzmkarlıq göstərib və hesabı 3:3 edib.
Qalib qızıl xal ilə müəyyənləşib. Rəqib idmançı Adrian Mivovan (60 kq) Məhəmməd Musayevlə görüşə çıxmayıb. Bununla da təmsilçimiz qalib elan edilib. Azərbaycan millisi 4:3 hesablı qələbə ilə Avropa çempionatının qızıl medallarını qazanıb.