Menyu

"Qəbələ" "Kəpəz"in nigeriyalısını transfer etdi

Əziz Əzizli
"Qəbələ" "Kəpəz"in nigeriyalısını transfer etdi

"Qəbələ” mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib. 

"Operativ Media" klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Ahmed Ayzaya heyətinə qatıb.

28 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Nigeriyalı legioner ötən mövsüm Misli Premyer Liqasında çıxış edən “Kəpəz”in formasını geyinib. Azərbaycan çempionatında “Zirə”də də çıxış etmiş yarımmüdafiəçi Premyer Liqada keçirdiyi 42 matçda 5 qol vurub.

Ahmed karyerası ərzində Portuqaliyalının “Ribeyrao”, “Oliveyrense”, “Vilaverdense”, “Jil Visente”, “Varzim” və “Sportinq Kovilya” klublarında da çıxış edib.

Teqlər:

"\"Qəbələ\" \"Kəpəz\"in nigeriyalısını transfer etdi"

Əlaqəli Xəbərlər