Azərbaycanlı futbolçu Emil Mustafayev "Aleksandriya"dan ayrılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna klubunun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçinin müddəti bitən müqaviləsi yenilənməyib.
Mustafayev 2021-ci ilin yayından "Aleksandriya"nın əsas komandasında forma geyinirdi. O, bu mövsüm 19 oyunda 2 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Emilin karyerasını Azərbaycanda davam etdirmək variantı var. Premyer Liqadan bir neçə klub oyunçunun xidmətində maraqlıdır.