"Səbail" hücumçu ilə gücləndi
Əziz Əzizli
"Səbail” növbəti transferini rəsmiləşdirib.
"Operativ Media" xəbər verir ki, paytaxt klubu “Şamaxı”dan ayrılan hücumçu Amil Yunanovu heyətinə qatıb.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı forvard “Şamaxı”ya 2021-ci ilin yayında məhz “Səbail”dən keçmişdi. O, karyerası ərzində “Sumqayıt” və “Qəbələ”nin də uğurları üçün çalışıb.
“Səbail” Amildən öncə Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev, Coşqun Diniyev və Bahadur Həziyevi də transfer etmişdi.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net