Menyu

"Neftçi" paraqvaylı futbolçunu yola saldı

Əziz Əzizli
"Neftçi" paraqvaylı futbolçunu yola saldı

Yay transfer dönəmində “Neftçi”ni tərk edən ilk əcnəbi futbolçu müəyyənləşib.

"Operativ Media" klubun rəsmi saytına istinadən xəbər verir ki,  yarımmüdafiəçi Sezar Meza Kolli Bakı klubundan ayrılıb.

31 yaşlı paraqvaylı oyunçunun başa çatan müqaviləsinin yenilənməməsi qərara alınıb.

Qeyd edək ki, 2021-ci ilin iyunundan “Neftçi”də çıxış edən Meza Kolli bu müddətdə 55 oyunda meydana çıxıb, 6 qol vurub.

Teqlər:

"\"Neftçi\" paraqvaylı futbolçunu yola saldı"

Əlaqəli Xəbərlər