"Qəbələ”nin və Azərbaycan millisinin futbolçusu Emil Səfərov qəzaya düşüb.
"Operativ Media" xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Zaqatalanın Yengiyan kəndi ərazisində baş verib.
Səfərovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili 1995-ci il təvəllüdlü Qurban Nəsrullah oğlu Həsrətovun idarə etdyi “Niva” markalı maşınla toqquşub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan “Niva”nın sürücüsü Q.Həsrətov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır. (Lent.az)
Teqlər:
"\"Qəbələ\"nin futbolçusu avtomobil qəzasına düşüb"