Ana səhifə / İdman / Əliyar Ağayev AVRO-2023-ün açılış matçını idarə etdi Əliyar Ağayev AVRO-2023-ün açılış matçını idarə etdi 21.06.2023, 22:47 Əziz Əzizli 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatına start verilib. "Operativ Media" xəbər verir ki, Belçika və Niderland yığmaları arasında keçirilən açılış oyununu Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edib. Tbilisidəki "Mesxi" stadionunda oynanılan A qrupunun matçında qapılara qol vurulmayıb. Əliyar Ağayev görüş ərzində Belçikanın 3, Niderlandın isə 2 futbolçusuna sarı vərəqə göstərib. Teqlər: "Əliyar Ağayev AVRO-2023-ün açılış matçını idarə etdi"