"Qarabağ"ın 2-ci mərhələdəki 3 potensial rəqibi bilindi
Əziz Əzizli
“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri konkretləşib.
"Operativ Media" xəbər verir ki, UEFA bugünkü püşkatmadan əvvəl hər bir komanalar 3 mümkün rəqib müəyyənləşdirib.
Ancaq Azərbaycan çempionu bunun üçün ilk növbədə Cəbəllütariq təmsilçisi “Linkoln”a qalib gəlməlidir.
“Qarabağ”ın II raunddakı mümkün rəqibləri I mərhələnin aşağıdakı cütlükləridir:
“Jalgiris” (Litva) – “Struqa” (Şimali Makedoniya)
“Rakuv” (Polşa) – “Flora” (Estoniya)
“Olimpiya” (Sloveniya) – “Valmiera” (Latviya)
Qeyd edək ki, II təsnifat mərhələsinin püşkü bu gün Bakı vaxtı ilə saat 14:00-da atılacaq. Bu raundun ilk oyunları iyulun 25-26-da, cavab qarşılaşmaları isə avqustun 1-2-də keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net