21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.
"Operativ Media" xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv Bakıda Qırğızıstandan olan həmyaşıdları ilə qarşılaşacaq. "Dalğa Arena"da keçiriləcək görüş saat 19:30-da başlayacaq.
U-21 bundan əvvəlki yoldaşlıq görüşündə Türkiyəyə uduzub - 0:1.