Azərbaycan Millisi Estoniya ilə qarşılaşacaq
Əziz Əzizli
Azərbaycan millisi bu gün AÇ-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək.
"Operativ Media" xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv F qrupundakı 3-cü sınağında Estoniyanı qəbul edəcək.
“Dalğa Arena”dakı oyuna saat 20:00-da start veriləcək. Qarşılaşmanı çexiyalı FIFA referisi Andrey Berka idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi qrupda daha əvvəl keçirdiyi matçlarda Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə uduzub.
Bu qrupun digər oyununda Belçika və Avstriya yığmaları üz-üzə gələcəklər.
AÇ-2024-ün seçmə mərhələsi
F qrupu
17 iyun
20:00. Azərbaycan – Estoniya
Baş hakim: Andrey Berka
Bakı, “Dalğa Arena”
Xal: Avstriya – 6. Belçika – 3. Belçika – 3. İsveç – 3. Estoniya – 0. Azərbaycan – 0.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net