Menyu

"Kəpəz" amputant komandası klubun tərkibinə qatılıb

Əziz Əzizli
"Kəpəz" amputant komandası klubun tərkibinə qatılıb

“Kəpəz” amputant komandası klubun tərkibində fəaliyyət göstərəcək.

"Operativ Media" xəbər verir ki, bir neçə il əvvəl yaradılan “Kəpəz” amputant komandası Gəncə klubunun tərkibində fəaliyyət göstərəcək. Klub rəhbərliyinin verdiyi qərar əsasında kollektiv himayəyə götürülüb. Komanda geyim dəstləri, top və digər lazımi inventarla təmin olunub. Gəncə şəhər stadionunda futbolçuların hazırlıq keçməsi üçün imkan yaradılıb. Komandanın səfər oyunları üçün yol xərcləri də bir müddətdir klub tərəfindən qarşılanır. 

Klubun İdarə Heyətinin sədri İlqar Nadiri və əsas komandanın baş məşqçisi Azər Məmmədov komanda üzvləri ilə görüşüb. Hazırlıq prosesi və gələcək planlarla maraqlanıblar. Kollektivə qarşıdakı yarışlarda uğurlar arzulanıb. Sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyasının vacib məsələ olduğu və idmanın, futbolun bu işdə körpü rolunu oynadığı qeyd edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər