Ana səhifə / İdman / Türkiyə Super Liqası təmsilçisi Renat Dadaşovu istəyir Türkiyə Super Liqası təmsilçisi Renat Dadaşovu istəyir 16.06.2023, 10:46 Əziz Əzizli Azərbaycan millisinin və "Qrasshoppers"in futbolçusu Renat Dadaşov karyerasını Türkiyədə davam etdirə bilər. "Operativ Media" xəbər verir ki, "Trabzonspor" 24 yaşlı hücumçunun xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Qaradəniz təmsilçisi "Qrasshopper"lə sözləşməsi 2024-cü ilin yayına qədər olan forvardı icarəyə götürə bilər. Dadaşov ötən mövsüm 34 oyunda 8 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. Teqlər: "Türkiyə Super Liqası təmsilçisi Renat Dadaşovu istəyir"