UEFA Millətlər Liqasında "Dördlər finalı"na start verilib.
"Operativ Media" xəbər verir ki, yarımfinalın ilk oyununda Niderland yığması Xorvatiya ilə üz-üzə gəlib. Oyunun əsas vaxtı 2:2 hesablı heç-heçə yekunlaşdığından, əlavə vaxt oynanılıb. Əlavə vaxtda daha 2 qol vuran xorvatlar tarixində ilk dəfə adını finala yazdırıb.
Yarımfinalın digər görüşü bu gün baş tutacaq. İspaniya millisi İtaliya ilə qarşılaşacaq.