Ana səhifə / İdman / Azərbaycan Premyer Liqasında 35-ci tura yekun vurulacaq Azərbaycan Premyer Liqasında 35-ci tura yekun vurulacaq 22.05.2023, 10:17 Əziz Əzizli Bu gün Azərbaycan Premyer Liqasında 35-ci turun oyunları keçiriləcək. "Operativ Media" xəbər verir ki, çempionluğu təmin edən "Qarabağ" elitada qalmaq mübarizəsi aparan "Sumqayıt"ı qəbul edəcək. Turnir cədvəlinin sonuncusu "Şamaxı" azarkeşləri önündə "Qəbələ" ilə üz-üzə gələcək, 9-cu pillədəki "Səbail" isə "Turan Tovuz"un qonağı olacaq. "Sabah" "Zirə"nin müqavimətini qırmağa çalışacaq. Azərbaycan Premyer Liqası XXXV tur 22 may (bazar ertəsi) “Turan Tovuz” – “Səbail” Tovuz şəhər stadionu, 16:30 Əvvəlki oyunlar: 1:0, 2:2, 1:1 “Şamaxı” – “Qəbələ” Şamaxı şəhər stadionu, 16:30 Əvvəlki oyunlar: 1:3, 1:1, 0:2 “Sabah” – “Zirə” “Bank Respublika Arena”, 16:30 Əvvəlki oyunlar: 3:1, 1:0, 2:0 “Qarabağ” – “Sumqayıt” “Azersun Arena”, 16:30 Əvvəlki oyunlar: 2:0, 3:1, 6:0 Teqlər: "Azərbaycan Premyer Liqasında 35-ci tura yekun vurulacaq"